"Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina təhlükəsinə dair qapı-qapı sessiyaları davam edir

Əsas səhifə / XƏBƏRLƏR / "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina təhlükəsinə dair qapı-qapı sessiyaları davam edir
 Door-to-door mine risk sessions continue on the topic of "Mine Risk Awareness and Safe Behavior"

14–18 aprel 2025-ci il tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Qızıl Xaç Komitəsi, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ANAMA Agentliyinin birgə dəstəyi ilə Sabirabad şəhərində yerləşən keçmiş məcburi köçkün ailələri üçün "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina təhlükəsinə dair qapı-qapı sessiyaları həyata keçirilir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Cəbrayıl rayon bölməsinin könüllülərindən ibarət heyət köçkün qəsəbələrində yaşayan sakinlərin evlərini, həmçinin ümumtəhsil məktəblərini ziyarət edərək onlara mina təhlükəsi ilə bağlı zəruri məlumatlar təqdim etmiş, suallarını cavablandırmışdır.